Pakistanın Laxor şəhərinin Pəncab əyalətində Feyzal meydanında keçirilən mitinq zamanı güclü partlayış olub.
Unikal.org-un "Assosiated Pressə istinadən verdiyi məlumata görə, partlayış nəticəsində azı 16 nəfər ölüb, 40 nəfər yaralanıb.
Qeyd olunub ki, üzərində partlayıcı qurğu olan şəxs motosikletini etirazçıların üzərinə sürüb və özünü onların arasında partladıb.