Vaşinqton və ətraf ərazilərdə güclü külək nəticəsində minlərlə ev işıqsız qalıb.
Unikal.org-un RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, ABŞ paytaxtının cənub-şərqində külək üçmərtəbəli binanın damını uçurub. Bir çox ərazilərdə elektrik naqilləri qırılıb.
Yerli yanğınsöndürmə xidməti ağacların evlərin üzərinə düşdüyü barədə məlumat yayıb. Qeyri-sabit hava şəraiti Vaşinqtonun hava limanlarında bir sıra uçuşların ləngiməsinə səbəb olub. Sinoptiklərin proqnozlarına görə, Vaşinqtonda gün ərzində küləyin sürəti saatda 80 km çata bilər.