Rusiyanın Baş naziri Dmitri Medvedyev Rostov-Don şəhərində baş verən qəzadan sonra təyyarə reyslərində dəyişiklik ediləcəyini açıqlayıb.
Unikal.org Axar.az-a istinadən xəbər verir ki, hökumətin toplantısında danışan Medvedyev bu barədə plan hazırlandığını deyib:
"Uçuş ekipajı və texniki islahatlar tələb edilsə, qəzanın səbəbləri araşdırıldıqdan sonra hökumətə texniki avadanlıqlar və hava daşımaları qaydalarında dəyişiklik edilməsi üçün təklif təqdim ediləcək".
Xatırladaq ki, "Flay-Dubay" hava yollarına məxsus "Boinq 737-800" tipli sərnişin təyyarəsi Rostov-Don şəhərində qəzaya uğrayıb. Hadisə nəticəsində 62 nəfər həlak olub.