"Piter Elçinin qardaşı Marif İsmayılov 2015-ci ilin iyununda Sant-Peterburqun əsasən azərbaycanlıların nəzarətində olan Sofiysk meyvə-tərəvəz bazarında güllələnərək qətlə yetirildi. Qətli törədən şəxs bazardan qaçmağa imkan tapmamış azərbaycanlılar tərəfindən tutuldu. O, qətlin sifarişini 155 min dollara Vaqif adlı şəxsdən aldığını etiraf etmişdi.
Unikal.org musavat.com-a istinadən bildirir ki, "Piter Elçinin yaxın çevrəsindən əldə edilən məlumatda bildirilir ki, Maarif İsmayılovu qətlə yetirən əslən Astaradan olan Əfqan adlı şəxs olub. Əfqan adlı şəxsin yaxınlarının və özünün Rövşən Lənkəranski ilə münasibətləri olub.
Səsləndirilən iddia isə Maarif İsmaylovun Lənkəranskinin adamları tərəfindən qətlə yetirilməsidir. Məqsəd isə Amil Lənkəranskinin qisasını almaq göstərilir.
Bu hadisələr cəmiyyətdə "Piter Elçin və Lənkəranski arasındakı qan davası fikir formalaşdırmağa başaldı. Kriminal aləmdə kifayət qədər düşmənləri olan Rövşən Lənkəranskinin qətli isə bu hadisələrin davamında baş verdi. "Qanuni oğru Rövşən Lənkəranski Türkiyədə qaldığı oteldən çıxarkən güllələnərək qətlə yetirildi. "Piter Elçinin qardaşının qətlindən qısa müddət sonra...
Maarif İsmayılovun qətlə yetirilməsi ilə bağlı diqqət çəkən bir iddia da var. Belə ki, "Piter Elçinə yaxın düşə bilməyənlər Maarif İsmayılovu öldürərək qardaşının bazara gəlməsini planlaşdırıblar. Bu zaman "Piter elçinə qarşı da sui-qəsd hazırlığı görülübmüş. Amma "Piter Elçin hansısa səbəbdən qardaşının nəzarət etdiyi bazara gəlmir.
Məlumata görə, qardaşı öldürülmədən öncə "Piter Elçin Moskvada bir neçə dəfə süui-qəsdlərdən xilas ola bilib. Elə qardaşı Maarifin ölümü də həmin sui-qəsd planlarından birinin parçası imiş.
Qan davası, yoxsa iki avoritet arasına qan salmaq?
İki nüfuzlu qanuni oğrunun savaşı kimi dəyərləndirilən bu qətllərin əsl sifarişçilərinin başqalarının olması ehtimalı da istisna edilmir. Kriminal aləmdə söz sahibi olan iki nüfuzlu avtoritetdən birinin ölümü və ya onlar arasındakı savaş kimlərinsə marağında olmaya bilərmi?
Düzdür, ilk baxışdan hadisələri- Fariz İsmayılovun döyülməsi, Amil Lənkəranskinin, Maarif İsmayılovun, Rövşən Lənkərəranskinin və ardınca Fariz İsamyılovun qətlə yetirilməsi ardıcıllığı ilə sadaladıqda qan davası düşüncəsi formalaşmamış deyil.
Digər bir tərəfdən isə bu qətl "oğru dünyasının qanunlarına da zidd idi. Çünki hansısa bir "qanuni oğrunun əməlinə görə onun kriminal aləmlə yaxınlığı, bağlığı olmayan yaxınlarının, ailə üzvlərinin öldürülməsi və ya cəzalandırılması "oğru dünyasında qəbuledilməzdir.
Fariz İsmayılın qətlindən sonrakı detallar
"Piter Elçinin digər qardaşı 1979-cu il təvəllüdlü Fariz İsmayılov ötən il dekabrın 21-də Masallı rayonunun Türkoba kəndində Lənkəran sakini, 1993-cü il təvəllüdlü Murad Quluzadə tərəfindən qətlə yetirildi. Murad Quluzadə könüllü olaraq polisə təslim olub və qətli qisas məqsədli ilə törətdiyini də etiraf edib.
Məlum olub ki, Murad Quluzadə 2012-ci ildə Moskvada "Piter Elçinin adamları tərəfindən qətlə yetirilən kriminal avtoritet Amil Lənkəranskinin əmisi oğludur. Amilin qisasını aldığını deyən Murad Quluzadənin atası Əfqan Quluzadənin isə mərhum Rövşən Lənkəranskinin qardaşı Namiq Canıyevin sürücüsü olduğu bildirilir.
İsmayılovların əmisi oğlu Samid Bağırov musavat.com-a danışarkən deyib ki, hər iki qardaşın qətlə yetirilməsi onlar üçün gözlənilməz olub.
O, deyir ki, hər iki qardaş kriminal aləmdən uzaq insan olduqları halda qanlı hesablaşmaların qurbanı olublar: "Onlar ticarətlə məşğul olub. Hər ikisinin kriminal aləmlə əlaqəsinin olmadığı hər kəsə məlum idi. Maarif meyvə-tərəvəz bazarında öldürüldü. Fariz isə 2012-ci ildən Azərbaycanda idi. Hər ikisi öz işləri ilə məşğul idi. Fariz Lənkəranda özünün və qardaşlarının ailəsinə baxırdı. Bu qətlləri isə "Piter Elçinlə düşmənçiliyi olan şəxslər sifariş verib. Ona yaxın düşə bilməyənlər qardaşlarını öldürdülər. Bu qətli törədənlər də, sifariş verənlər də bilir ki, Maarif və Fariz kriminal aləmdən uzaq insanlar idi. Qardaşları Elçin onların heç birini kriminal aləmə yaxın buraxmırdı. Farizi də özü kəndə göndərmişdi".
Qeyd edək ki, Maarif və Fariz İsmayılov qardaşları doğulduqları kənddə eyni məzarlıqda dəfn ediblər. Qətlə yetirilən hər iki qardaş ailəli idi.