Samirə Abdullayeva: "Azərbaycan illərdir ki, sosial yönlü büdcə ilə hərəkət edir və bu da sosial layihələrin işlənməsi üçün yeni təcrübələr öyrədir
Bu gün Azərbaycanda əhalinin sosial durumunun yaxşılaşdırılması üçün görülən işlər göz qabağındadır və bu il artıq yeni mərhələyə start verilib. İlk növbədə bu sahədə prezident İlham Əliyevin irəli sürdüyü iki məsələ xüsusi olaraq diqqəti cəlb edir. Birinci tərəfdən əhalinin özünüməşğulluğa yönəldilməsi, ikincisi isə yeni iş yerlərinin açılması, daha peşəkar kadrların yetişdirilməsidir. Hətta bu məsələlər həll olunandan sonra ünvanlı sosial yardımların dayandırılacağı da gözlənilir. Bu məsələlərlə bağlı artıq bir sıra mühüm nəzəri və praktiki addımlar atılır. Bu günlərdə isə daha maraqlı bir addım atılıb. Belə ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində "Məlumat mübadiləsi saatı çərçivəsində Avropa Təlim Fondunun Vakansiya, təhsil və təlim departamentinin aparıcı mütəxəssisi Eduarda Kastel Branko tərəfindən Azərbaycanda ixtisaslı kadrlara olan tələbatın təhlili və monitorinqi barədə təqdimat keçirilib.Tədbirdə əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Azərbaycan Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə əldə olunan ümumi tərəqqi proseslərinin insan kapitalının inkişafına, o cümlədən işçi qüvvəsinin rəqabət qabiliyyətinin artırılmasına yönələn tədbirlərin güclənməsinə də şərait yaratdığını vurğulayıb. Nazir bildirib ki, əmək məhsuldarlığının artırılmasında, dayanıqlı iqtisadi artımın, istehsal və xidmətlərin rəqabət qabiliyyətinin təmin olunmasında işçi qüvvəsinin bilik və bacarıq səviyyəsinin yüksəldilməsi mühüm iqtisadi prinsip kimi çıxış edir: "Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsində də strateji hədəflərdən biri kimi insan kapitalının inkişaf etdirilməsi müəyyən olunub. Bu məqsədə yönələn tədbirlər sırasında işçilərin bilik və bacarıqlarının inkişaf etdirilməsində fasiləsizliyin təmin edilməsi, ixtisaslı kadr hazırlığının əmək bazarının tələblərinə uyğunlaşdırılması tədbirləri yer alır. Nazir işçi qüvvəsinin iqtisadi inkişaf prosesinə uyğun təkmilləşdirilməsi, keyfiyyətinin, məhsuldarlıq səviyyəsinin yüksəldilməsi yönündə aparılan işlərdən bəhs edib: "Dünya Bankı ilə birgə icra olunan "Sosial Müdafiənin İnkişafı Layihəsi çərçivəsində son illərdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən İSCO88/08-ə uyğun şəkildə beynəlxalq və milli əmək bazarının tələblərinə cavab verən kompetensiyalar əsasında təkmilləşdirilmiş 350-dən artıq peşə standartı, 63 kvalifikasiya standartı hazırlanaraq istifadəyə verilib. Onların əksəriyyəti qeyri-neft sektorunu əhatə edib. Eyni zamanda, nazirlik tərəfindən əmək resurslarının rəqabət qabiliyyətinin artırılması yönündə tədbirlərin davamı olaraq, təkcə 2016-cı ildə 3 702 nəfər şəxs, o cümlədən məşğulluq orqanlarının xətti ilə 3 352 nəfər, nazirliyin 1 saylı Sağlamlıq imkanları məhdud gənclərin Peşə Reabilitasiya Mərkəzi tərəfindən 350 nəfər vətəndaş peşə hazırlığı və əlavə təhsil kurslarına cəlb edilib. İxtisas artımı ilə əlaqədar bu kurslara cəlb olunanların sayı da artır, məsələn, ixtisas artırılması ilə əlaqədar məşğulluq orqanlarının əlavə təhsil kurslarına cəlb edilənlərin sayı 2016-cı ildə əvvəlki illə müqayisədə təqribən 85 faiz çox olub.
S.Müslümov nazirliyin peşə hazırlığı sisteminin maddi-texniki bazasının gücləndirilməsi işlərinin də aparıldığını, hazırda Bakı, Naxçıvan, Göyçay şəhərlərində Regional Peşə Tədrisi Mərkəzlərinin fəaliyyət göstərdiyini, Gəncə şəhərində də belə bir mərkəzin istifadəyə veriləcəyini diqqətə çatdırıb: "Hazırda ölkə iqtisadiyyatının inkişaf meylləri əmək bazarında ixtisaslaşmış işçi qüvvəsinə tələbin hansı isitiqamətdə dəyişdiyini müəyyən etməyə imkan verir. Belə ki, iqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft sektorunun inkişafı, müasir texnologiyaların, İKT-nin tətbiqi proseslərinin genişlənməsi və s. əmək bazarında həmin sahələr üzrə ixtisaslaşmış işçi qüvvəsinə tələbin artmasına səbəb olur. O cümlədən, bu gün ənənəvi kənd təsərrüfatı sahələrində müşahidə olunan inkişaf bu sahələr üzrə ixtisaslaşmış kadr potensialının formalaşdırılmasını da əsas vəzifələrdən biri kimi müəyyən edir. Bu bir faktdır ki, bu gün müxtəlif ixtisaslar üzrə təhsil alanlar arasında ənənəvi kənd təsərrüfatı sahələri üzrə ixtisaslara yiyələnənlərin sayının daha çox olması tələb edilir.
Nazir bildirib ki, ümumilikdə əmək bazarında işçi qüvvəsinə tələblə təklif arasında uyğunluğun təmin olunması üçün gənclər arasında peşə və ixtisaslara meylin düzgün formalaşdırılmasının xüsusi önəmi var: "Bizim aktiv məşğulluq tədbirlərimizin bir istiqaməti də məhz bu məsələ ilə bağlıdır. Misal üçün, ötən il məşğulluq orqanları vasitəsilə peşəyönümü tədbirləri çərçivəsində 117 244 nəfər gəncə əmək bazarında işəgötürənlərin tələbləri haqqında geniş və ətraflı məlumatlar çatdırılıb. Onlara əmək bazarındakı tələbə uyğun düzgün peşə və ixtisas seçimi etmələri üçün peşəyönümü məsləhətləri verilib. İxtisaslaşmış işçi qüvvəsinə tələb və təklifin proqnozlaşdırılmasının əmək bazarının tənzimlənməsində faydalı olduğunu diqqətə çatdıran S.Müslümov bu sahədə, ümumən peşə təlimi sisteminin inkişafında Avropa Təlim Fondu ilə əməkdaşlığın, Fondun institusional dəstəyinin əhəmiyyətini qeyd edib: "Fondun Vakansiya, təhsil və təlim departamentinin aparıcı mütəxəssisi Eduarda Kastel Brankonun Azərbaycanda ixtisaslı kadrlara olan tələbatın təhlili və monitorinqi barədə təqdimatı da hesab edirəm ki, əmək bazarında ixtisaslaşmış işçi qüvvəsinə tələb və təklifin proqnozlaşdırılması işlərində önəmlidir.
Sonra Azərbaycanda ixtisaslı kadrlara olan tələbatın təhlili və monitorinqi barədə təqdimat olub. Təqdimat əmək bazarında keyfiyyətli, ixtisaslaşmış işçi qüvvəsinə tələbi formalaşdıran amillər, bu tələbə uyğun ixtisaslaşmış kadr potensialının yaradılması, məsələnin həllinin institusional, texniki əsasları və s. ilə bağlı müzakirələrlə davam edib. Bu məsələlərlə bağlı "Unikala açıqlama verən psixoloq Samirə Abdullayeva bir sıra maraqlı məqamlara aydınlıq gətirdi: Bilirsiniz, bu gün həyata keçirilən bu cür layihələr sadəcə olaraq insanların daha aktiv həyata qayıdışına müsbət təsir edir. Ünvanlı sosial yardımlar əhalidə ələbaxımlılıq sindromu yaradır, tənbəllik artır, pataloji yorğunluq o həddə çatır ki, elementar hansısa işi belə görməkdən imtina edir. Başqa cür desək tam tufeyli bir həyat tərzinə keçirlər ki, bu da özlüyündə həmin şəxlərin cəmiyyətdən təcrid olmasına gətirib çıxarır. Amma özünüməşğulluq, peşəkar kadrların yetişdirilməsi kimi məsələlər insanların aktivləşməsinə müsbət təsirini göstərir. Bu bütün dünyada belədir və bizdə də bu sistem tam tətbiq edilməlidir. Buna görə prezident İlham Əliyevin irəli sürdüyü bu ideyalar alqışlanmalıdır. Bu arada qeyd edək ki, Azərbaycan BMT ilə də sıx işbirliyi qurmaqdadır. Belə ki, "Azərbaycan Respublikası Hökuməti ilə BMT Əhali Fondu arasında Ölkə Proqramının 2016-2020-ci illər üçün Fəaliyyət Planı imzalanıb. Sənədi Azərbaycan Respublikası Hökuməti tərəfindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Səhiyyə Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Dövlət Statistika Komitəsi imzalayıblar.Qeyd olunan Ölkə Proqramı BMT Əhali Fondu ilə Azərbaycan Hökuməti arasında dördüncü Proqram olmaqla 2016-2020-ci illəri əhatə edir və hökumət, vətəndaş cəmiyyəti, BMT qurumları, digər əsas iştirakçı tərəflərlə birgə müzakirələr şəraitində hazırlanıb. Yeni Ölkə Proqramı Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 29 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan 2020: gələcəyə baxış İnkişaf Konsepsiyasındakı milli inkişaf prioritetlərinə, BMT və Azərbaycan arasında olan Tərəfdaşlıq Çərçivə Sənədinə töhfə vermək, həmin dövr ərzində strateji hədəflərin müəyyən olunması və tədbirlərin həyata keçirilməsi məqsədinə yönəlib. Proqramda Əhali və İnkişaf üzrə Beynəlxalq Konfransın, BMT Əhali Fondunun 2014-2017-ci illər üzrə Strateji Planının, BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinin sağlamlıq və rifah üzrə 3-cü, keyfiyyətli təhsil üzrə 4-cü və gender bərabərliyi üzrə 5-ci hədəfləri rəhbər tutularaq hazırlanıb.
"Azərbaycan Respublikası Hökuməti ilə BMT Əhali Fondu arasında Ölkə Proqramının 2016-2020-ci illər üçün Fəaliyyət Planı BMT-nin birgə proqramlaşma və qurumlararası əməkdaşlığın daha dinamik olmasına xidmət edərək, resursların səfərbər olunması və daha çox birgə layihələrin həyata keçirilməsi üçün imkanlar yaradacaqdır. Fəaliyyət Planı üç nəticəyə istiqamətlənib: cinsi və reproduktiv sağlamlıq, gender bərabərliyi və qadınların səlahiyyətlərinin artırılması, əhalinin dinamikası. Planda bu istiqamətlər üzrə nəzərdə tutulan tədbirlər geniş miqyasda əhatə olunub.
Sənəddə ilk növbədə Azərbaycanda əhali və inkişaf sahəsində mövcud vəziyyət təhlil edilir. Bildirilir ki, ölkə dövlət müstəqilliyini yenidən əldə etdikdən sonra qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi üzrə Konvensiya da daxil olmaqla insan hüquqları sahəsində xeyli sayda beynəlxalq sazişlərə qoşulub. Bərabərlik və ayrı-seçkiliyə dair müddəalar ölkə qanunvericiliyində əksini tapıb. Hökumət Minilliyin İnkişaf Hədəfləri, Əhali və İnkişaf üzrə Beynəlxalq Konfrans kimi müxtəlif beynəlxalq inkişaf platformalarının tövsiyələrini yerinə yetirmək üçün öhdəliklər götürüb. Hər on ildən bir əhalinin siyahıya alınması, demoqrafik və tematik sorğuların keçirilməsi, eləcə də ölüm-doğum qeydiyyat sistemləri vasitəsilə etibarlı sosial-iqtisadi və demoqrafik məlumatların hasil edilməsi sahəsində Azərbaycanda kifayət qədər nailiyyətlər əldə edib. Planda həmçinin üçüncü Ölkə Proqramının (2011-2015) milli prioritetlər və beynəlxalq inkişaf üzrə müvafiq mexanizmlərə yüksək dərəcədə uyğunluğunun müəyyən edildiyi vurğulanır, qiymətləndirmə zamanı cinsi və reproduktiv sağlamlıq, hüquqlar, əhalinin sayının dinamikası və s. sahələr üzrə qeydə alınmış əsas nailiyyətlər diqqətə çatdırılır.
Ümumilikdə qeyd olunan Fəaliyyət Planında yeniyetmələr, gənclər və əhalinin həssas qrupları diqqət mərkəzində olmaqla inteqrasiya edilmiş cinsi və reproduktiv sağlamlıq xidmətlərini təmin etmək məqsədilə hüquqi və siyasi mexanizmlərin gücləndirilməsi, gender bərabərliyi və reproduktiv hüquqlar üzrə insan hüquqları sahəsində beynəlxalq mexanizmlərə uyğunluğu monitorinq etmək üçün milli bacarıqların inkişaf etdirilməsinin dəstəklənməsi tədbirləri əhatə olunub. Həmçinin əhalinin dinamikası proseslərinin cinsi və reproduktiv sağlamlıq və hüquqlarla qarşılıqlı əlaqələrinə dair dəlilləri özündə əks etdirən, eyni zamanda şəffaf və insan hüquqlarına əsaslanan proqramların hazırlanması və həyata keçirilməsi prosesini dəstəkləmək məqsədilə milli institusional potensialın təkmilləşdirilməsi fəaliyyət istiqamətləri sırasında qeyd olunur. Bildirilir ki, BMT Əhali Fondu demoqrafiya üzrə müvafiq milli prioritetlər əsasında ölkədə əhali ilə əlaqədar proqram və siyasətlərin planlaşdırılması, həyata keçirilməsi, inkişaf etdirilməsi və monitorinqin aparılmasında ələqaləndirici qurum olan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə əməkdaşlığını davam etdirəcək. Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 11 noyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında demoqrafiya və əhali sakinliyinin inkişafı sahəsində Dövlət Proqramının davamı kimi, BMT Əhali Fondunun dəstəyi ilə ölkədə bu sahədə 2025-ci ilədək olan dövr üçün strategiyanı müəyyənləşdirən yeni Dövlət Proqramının layihəsi hazırlanıb. Bu Dövlət Proqramı qəbul olunduqdan sonra ekspertiza və texniki yardım göstərilməsi vasitəsilə BMT Əhali Fondu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və müvafiq maraqlı tərəflərlə əməkdaşlıq edəcək.
Fəaliyyət Planında görüləcək işlərlə bağlı Tərəfdaşlıq Strategiyası qeyd olunub, monitorinq və qiymətləndirmənin, Proqram idarəçiliyinin həyata keçirlməsi məsələləri, qarşılıqlı öhdəliklər əksini tapıb. Psixoloq Samirə Abdullayeva "Unikala açıqlamasında bildirdi ki, əslində Azərbaycanın bu cür əməkdaşlıq etməsinin həm də psixoloji səbəbləri var: Azərbaycan hakimiyyəti Azərbaycan xalqını daha yaxşı tanıyır və buna uyğun olaraqda lazımi addımları atır. Əhalinin daha da aktivləşməsi, yeni iş yerlərnin açılması, passiv cəmiyyətin aktiv cəmiyyətə çevrilməsi istiqamətində işlər görülür, paralel olaraq həm də beynəlxalq təcrübələr öyrənilir. Burada isə əsas məqsəd odur ki, əhalinin tək Azərbaycan cəmiyyətinə inteqrasiyasını yox, eyni zamanda dünyaya inteqrasiyasını da təmin etməkdir. Bu bütün dövrlər də olub və bundan sonra da olmalıdır. Bunu da qeyd edim ki, eyni zamanda dünya ölkələri də Azərbaycan praktikasını öyrənirlər. Çünki Azərbaycan illərdir ki, sosial yönlü büdcə ilə hərəkət edir və bu da sosial layihələrin işlənməsinə Azərbaycana yeni təcrübələr öyrədir.
E.Əliyev