Əfsanəvi boksçu, mərhum Məhəmməd Əlinin oğlu Məhəmməd Əli ABŞ-ın Florida ştatındakı Fort-Loderdeyl şəhərinin beynəlxalq hava limanında tutulub.
Unikal.org xarici mətbuata istinadən bildirir ki, hadisə Məhəmməd Əli anası Xəlila ilə birlikdə Yamaykadan qayıdandan sonra baş verib.
Məhəmməd Əlini hava limanında saxlayan Miqrasiya Xidmətinin əməkdaşları ona dini inancları ilə bağlı sual veriblər. O isə müsəlman olduğunu deyib.
İnsident ABŞ prezidenti Donald Trampın miqrasiya siyasətinin sərtləşdirilməsi barədə qanunu ilə bağlıdır. Bu ölkədə artıq insanlar dini mənsubiyyətlərinə görə təqiblərə məruz qalırlar".