Biləsuvar rayonunda azyaşlı qız çaya düşərək boğulub.
Unikal.org "Reporta istinadən xəbər verir ki, hadisə rayonun mərkəzindən keçən Balharı çayında baş verib.
Yerli sakinlərin sözlərinə görə, fevralın 25-də günorta saatlarında 9 yaşlı qız uşağı həmin çaya düşüb.
Hadisə yerinə xilasedicilər cəlb olunub. Çayın suyu lilli olduğundan qızı tapmaq hələ ki, mümkün olmayıb.
Axtarışlar davam edir.