Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov BƏƏ-nin Şarca şəhərində keçirilən ilk FİDE Qran-Prisində 3-cü yeri tutub.

Unikal.org Report-a istinadən xəbər verir ki, 32 yaşlı zəka sahibi sonuncu turda çinli Hou Yifana qalib gələrək, xallarını 5,5-ə çatdırıb.

Nəticədə o, rusiyalı Aleksandr Qrişuk və fransalı Maksim Vaşye-Laqravla birgə ilk 3-lükdə qərarlaşıb. Lakin Məmmədyarov əlavə göstəricilərdə Qrişukla Vaşye-Laqravdan geri qalıb.

İlk FİDE Qran-Prisində 18 şahmatçı iştirak edib.