Vergilər Nazirliyi vergi ödəyicilərinin onlara göndərilən SMS-ləri oxumamasına görə 100 manat məbləğində cərimə ediləcəyi ilə bağl mətbuatda yayılmış məlumatlara münasibət bildirib.
Vergilər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Şahin Məmmədov Unikal.org-a açıqlamasında bildirib ki, SMS-lərin oxunmamasına görə cərimənin tətbiqi nəzərdə tutulmayıb.
"Bu, yanlış informasiyadır, belə bir şey yoxdur. Dərc etməzdən əvvəl mətbuat nümayəndələrindən xəbəri dəqiqləşdirmələrini xahiş edirik.