Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən Azərbaycan Mərkəzi Bankının hər birinin nominal dəyəri 100 manat olan 500 000 ədəd dövlət qısamüddətli notlarının buraxılışı 50100156S qeydiyyat nömrəsi ilə dövlət qeydiyyatına alınıb.

Palatadan Unikal.org-a verilən məlumata görə, notların tədavül müddəti 28 gündür.