"10-dan sonra verilişinin qonağı müğənni Aynur Dadaşova olub.
Unikal.org xəbər verir ki, ifaçı sənət aləmindəki paxıllıqdan danışıb:
"Paxıl olmamaq lazımdır. Bu yaxınlarda bir çəkiliş oldu. Mənə yaxınlaşıb deyirdilər ki, nə var gəlmisən, getmişdin sənətdən, otur da evində. Bunu deyənlər öz sənət yoldaşlarım idi. Xoş söz desəniz nə olar ki? Bu sənətdə olan insanlarıq, bir-birimizə "can deyib, uğurlar arzulamalıyıq. Paxıllıq edəndə nə olur ki? Haqqımda dedi-qodular çox yayıldı. Bilirdim ki, sənətə qayıdanda hamı deyəcək, boşanıb. Bəlkə də mən iki il fasilə verib, geri qayıdardım. Bu şayiələrə görə çəkinirdim. Ona görə də 8 ildir efirə çıxmıram. Əgər mən boşanmağımı gizlətsəm, qonşum, qohumum açıb deyər. Allahın bildiyini tamaşaçıdan gizlətmək olmaz".