"Rabitəbank" ASC-nin rəhbərliyinə yeni təyinat baş verib.
Unikal.org apa-ya istinadən xəbər verir ki, bankın İdarə Heyətinin sədr müavini Aydın Hüseynov işdən çıxıb. Onu Elşən Bədirxanov əvəzləyib.
Qeyd edək ki, E.Bədirxanov bank karyerasına 1993-cü il tarixindən "Azakbank"ın Müxbir əlaqələri şöbəsinin rəisi olaraq başlayıb. Sonra isə 1994-2003-cü illərdə "Rabitəbank" SKB-də Beynəlxalq bank əməliyyatları idarəsinin rəisi vəzifəsində çalışmışıb.
2003-2007-ci illərdə "Bank of Baku" ASC-də İdarə Heyəti sədrinin müavini (Pərakəndə bankçılıq, əməliyyat, xəzinədarlıq, insan resursları və hüquq sahələr üzrə) və İdarə Heyəti sədrinin əvəzi kimi fəaliyyət göstərib.
2007-2010-cu illərdə "Bank VTB (Azərbaycan)" ASC-nin İdarə Heyəti sədrinin müavini (Korporativ və pərakəndə bankçılıq sahələri üzrə) vəzifəsində, 2012-2015-ci illərdə isə "Buta Sığorta ASC-nin İdarə heyəti sədrinin müavini (İnsan resursları, Maliyyə, İT və digər dəstək sahələr üzrə) vəzifəsində çalışıb. 2017-ci ilin fevral ayının sonunadək "Rabitabank" ASC-nın İdarə Heyəti sədrinin müşaviri kimi fəaliyyət göstərib.