Rusiyanın 28 milyarderinin 2017-ci ilin ilk iki ayı üçün ümumi sərvəti 26,9% artıb.
Unikal.org "Ria Novostiyə istinadən xəbər verir ki, bu barədə "Bloomberg Billionaires Indexin (BBI) məlumatında bildirilir.
Məlumata görə, "USM Holdingsin rəhbəri Alişer Usmanov ilin əvvəlindən öz sərvətini 1,2 milyard dollardan 14,1 milyard dollara qədər, "Rusal şirkətinin prezidenti Oleq Deripaska 521,3 milyon dollar, Maqnitorsk metallurgiya kombinatının rəhbəri Viktor Raşnikov 900,3 milyon dollar, Novolipetsk Metallurgiya Kombinatının direktorlar şurasının rəhbəri Vladimir Lisin 850,2 milyon dollar, "Yevrohimanın varisi Andrey Melnitsenko 179 milyon dollar artırıb.
Sərvətinin həcmini azaldanlar sırasında isə Aleksey Mordaşov (362,8 milyon dollar), Gennadi Timçenko (26,8 milyon dollar), eləcə də "Lukoyl şirkətinin prezidenti, azərbaycanlı biznesmen Vahid Ələkbərov (551,8 milyon dollar) var.