Ölkələrində baş verən müharibədən qaçaraq Ankaraya yerləşən Suriyalı ailə, Türk xalqına olan minnətdarlığını göstərmək üçün dünyaya gələn üçüzlərinə prezident Rəcəb Tayyib Ərdoğanın adını qoydu.
Unikal.org türkiyə mediasına istinadən xəbər verir ki, ailə 3 ay əvvəl doğulan üçüz körpələrə Rəcəb, Tayyib və Ərdoğan adlarını qoyub. Ailə, Rəcəb adlı körpənin həyatını itirməsiylə yeni doğulan nəvələrinə da Əminə adını qoyub.
Suriyada partlayış nəticəsində yaralanan və yataq xəstəsi olan ana Aişə Haifin, ən böyük arzusunun uşaqlarının əllərindən tutub getmək olduğunu söylədi. Suriyada atılan barrel bombasıyla oğlunun şəhid olduğunu söyləyən Haifin, "Suriyadaykən barrel bombası düşdü. Bomba düşüncə 16 yaşındakı bir oğlum şəhid oldu. Türkiyəyə gələndə hamiləydim və burada üçüzlərim dünyaya gəldi . Üç ildir ki, xəstəyəm. Barel bombası düşdükdən sonra daha da ağırlaşdım.
Biz Türkiyə Respublikasına güvənib buraya gəldik. Türk xalqından Allah razı olsun. Bizim onlar üçün edəcəyimiz bir şey olmadığı üçün uşaqlarımızın adlarını Türk xalqına hədiyyə etdik. Buradakı insanlar bizə kömək olur. Uşaqlarıma baxa bilmirəm, hələlik səhhətim buna imkan vermir, ən böyük istəyim yaxşılaşıb onlara baxa bilməkdir. " söyləyib.
Ata Mohamməd Alahmad isə Türk xalqına minnət borcları olduğunu ifadə edərək, "Bir oğlumu Suriyada itirdim. Buraya gəlincə isə yaxşı ki, özümüzə bir yer tapdıq. Qonşular da sağ olsunlar bizə çox kömək olurlar. Evimizin əşyalarını verdilər. Onların köməyini görüncə biz də həm Türk xalqına, həm Türkiyə Respublikasının prezidentinə necə təşəkkür edəcəyimizi düşündük. Türkiyənin dövlət başçısının şərəfinə uşaqlarımıza onun adını verdik. Rəcəbi itirdik amma Tayyib və Ərdoğan qaldı. Bir də nəvəmiz oldu. Ona da Əminə adını qoyduq." deyə danışdı.
Uşaqlarını prezident Ərdoğana göstərmək istədiklərini deyən Alahmad, "İstəyirik ki, Rəcəb Tayyib Ərdoğan bu uşaqları görsün, kaş ki apara bilsək... Biz onu və Türk xalqını sevdiyimiz üçün adını uşaqlarımıza qoyduq. Güman edirəm ki, Prezident həm yoldaşımın müalicəsiylə, həm də uşaqların baxımıyla əlaqədar, bizə kömək olacaq. " bildirdi.