"Çox şükür edirəm ki, pis yola düşmədim"
Unikal.org xəbər verir ki, bu sözləri ARB TV-nin "Gəlin danışaq verilişində qonaq olan Rəqqasə Fatimə Fətəliyeva söyləyib.
Fatimə dünyasını dəyişən atasını yadına salarkən göz yaşlarını saxlaya bilməyib.
"İnsan bəzən elə ana çətin duruma düçür ki, dost-tanış, hamı səndən üz çevirir. Ailədə çox çətin durumdaydıq. Atam öləndən sonra ailədə böyük dəyişikliklər oldu. Anam öz ixtisası üzrə işləmirdi, öz biznesi var idi. Atamdan sonra bankrot olduq. Atam 1 ay ərzində öldü. Pis xəstəliyə tutuldu. Atam sağ olsaydı, sənətdə bu qədər irəliləməzdim. Ona çox bağlıydım.
Fatimə oynadığı oriental rəqslərinə son qoymasının səbəblərini də açıqlayaraq yaşadığı çətin günlərdən söz açıb:
"O Fatimə mən deyildim, bugünkü Fatimə mənəm. Ailədə necə doğulub tərbiyə alırsansa, o cür olursan. Oriental rəqslər barədə səhifəni həyatımdan silmişəm. Övladlarıma görə unutdum. Bizim mentalitetimizə yaraşmayan rəqsdir.