Döyüş mövqeyində partlayıcı qurğunun işə düşməsi nəticəsində yaralanan Ermənistan ordusunun hərbi qulluqçularının kimliyi məlum olub.
Unikal.org-un "news.am saytına istinadən verdiyi məlumata görə, mühəndis işləri zamanı xəsarət alan müddətli hərbi qulluqçu Narek Qriqoryanın vəziyyəti çox ağır, Perç Qabrielyan və Erik Saakyanın vəziyyəti isə ağır kimi qiymətləndirilir.
Xatırladaq ki, partlayıcı qurğunun işə düşməsi nəticəsində Ermənistan ordusunun hərbi qulluqçuları xəsarət alıblar.
Hadisə fevralın 28-də döyüş mövqeyində mühəndis işləri aparılarkən baş verib.