Martın 5-nə keçən gecə Bakının Səbail rayonu ərazisində törədilmiş qətlin üstü açılıb. 

Unikal.org lent.az-a istinadən xəbər verir ki, Salyan yolunda yerləşən "Məkan" kafesində Şamaxı rayon sakini, 1992-ci il təvəllüdlü Qurbanov Ceyhun Rüstəm oğlunu bıçaqlayaraq öldürən şəxsin 1984-cü il təvəllüdlü Paşayev Xəyyam Təyyar oğlu olduğu müəyyən edilib. Əməliyyat-axtarış tədbirləri nəticəsində o, tutulub.

İlkin araşdırma zamanı məlum olub ki, cinayət saat 05:30 radələrində törədilib. Həmin vaxt kafedə olan şəxslər arasında mübahisə yaranıb. Mübahisədən sonra Xəyyam Paşayev kafeni tərk edib və daha sonra bıçaqla qayıdaraq 25 yaşlı Ceyhun Qurbanova bir zərbə endirib. Ürəyindən ağır xəsarət alan Ceyhun təcili tibbi yardım stansiyasında vəfat edib.

Bildirilir ki, Ceyhun Qurbanovun digər qardaşı keçən il yol qəzasında vəfat edib.