Nardaran sakini tüfəngini polisə təhvil verib.

Daxili İşlər Nazirliyindən Unikal.org-a verilən məlumata görə, Sabunçu rayonunun Nardaran qəsəbə sakini İlqar Bəşirov "TOZ-34" markalı ov tüfəngini könüllü olaraq 42-ci Polis bölməsinə təhvil verib.

Bundan başqa, Tərtər rayon Polis şöbəsinin əməkdaşları tərəfindən Mamırlı kənd sakini Səxavət Mahmudovdan müvafiq sənədləri olmayan "İJ-18" markalı tüfəng götürülüb.