Əfqanıstanın paytaxtı Kabil şəhərində İŞİD terror qruplaşmasının hərbi hospitala hücumu nəticəsində ölənlərin sayı 30 nəfəri keçib. 

Unikal.org xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Əfqanıstanın Müdafiə Nazirliyinin nümayəndəsi bildirib.

Onun sözlərinə görə, hücum nəticəsində 50-dan artıq insan yaralanıb.

Həmçinin bildirilib ki, hücumda iştirak edən bütün terrorçular Əfqanıstan təhlükəsizlik qüvvələri tərəfindən artıq zərərsizləşdirilib.