Samux rayon sakini bıçaqlanıb.
Unikal.org bildirir ki, APA-nın qərb bürosunun verdiyi məlumata görə, rayonun Əhmədbəyli kənd sakini, 1986-cı il təvəllüdlü Əkbər Hüseynov qarnının kəsilmiş-deşilmiş yarası xəsarəti ilə xəstəxanaya yerləşdirilib. O, dərhal əməliyyat edilib. Vəziyyətinin orta ağır olduğu bildirilir.
Ə. Hüseynovun hansı şəraitdə və kim tərəfindən bıçaqlandığı məlum deyil.
Faktla bağlı araşdırma aparılır.