İstanbulun Beylikdüzü rayonunda helikopterin qülləyə çırpılması nəticəsində 5 nəfər ölüb.


Unikal.org Türkiyə mətbuatıına istinadən xəbər verir ki, Büyükçekmecə Bələdiyyəsinin sədri Hasan Akgün hadisə yerində 5 nəfərin cəsədinin olduğunu bildirib.

H. Akgün yolun nəqliyyatın hərəkəti üçün bağlandığını deyib.

***12:51
Türkiyədə helikopter qəzaya uğrayıb.

Unikal.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, İstanbulun Bəylikdüzü rayonunda yanğınsöndürmə helikopteri qülləyə çırpılıb.

Hadisə yerinə çoxlu sayda təcili yardım maşınları göndərilib.