ABŞ-ın Ayova ştatında dəmir yolu qəzası baş verib.
Unikal.org-un məlumatına görə, etanol spirti daşıyan yük qatarı relsdən çıxıb və dərhal yanğın baş verib.
Hazırda yanğının söndürülməsi üçün tədbirlər görülür.
Dəmir yoluna yaxın ərazilərdəki sakinlər təxliyə edilib. Xəsarət alanlar barədə məlumat verilmir.
Qəzanın baş vermə səbələri araşdırılır.