Toloqon Beyşeyev 80 yaşında Qırğızıstanda Arabayev adına Dövlət Universitetinə, aspirantura pilləsinə qəbul olub.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, yaşının xeyli çoxluğuna baxmayaraq, Beyşeyev dissertasiya üzərində çalışır.

O, filologiya üzrə öz tədqiqatları əsasında kitab dərc etmək istəyirdi, ancaq müəllimlər ona namizədlik dissertasiyasını müdafiə etməyi məsləhət görüblər.

"May ayında imtahan keçiriləcək, daha sonra tələbələr arasında mənim dissertasiyamın mövzusu ilə bağlı eksperiment aparılacaq, bu tədris prosesinin yaxşılaşmasına yönəldilmiş elmi işdir. ,- Ağsaqqal belə deyib.

Beyşeyev ümid edir ki, bu ildə elmi işini müdafiə edə biləcək.