Haitidə onlarla insanın həlak olması və yaralanması ilə nəticələnmiş ağır yol qəzası baş verib.
Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, hadisə nəticəsində 34 nəfər ölüb, 15-i xəsarət alıb.
İlkin məlumata görə, yüksək sürətlə hərəkət edən avtobus musiqi karnavalında izdihama çırpılıb. Şahidlərin verdiyi xəbərə görə, bundan qəzəblənən kütlə sürücünü öldürüb, maşınını isə yandırmaq istəyib.
Hadisə ilə əlaqədar araşdırma aparılır.