Türkiyənin cənubunda, Mersin vilayətində zəlzələ baş verib.
Unikal.org Anadolu agentliyinə istinadən verdiyi məlumata görə, yeraltı təkanların gücü Rixter cədvəli ilə 4,5 bal təşkil edib.
Türkiyə Fövqəladə halların qarşısının alınması və fəsadların aradan qaldırılması İdarəsinin (AFAD) məlumatına görə, zəlzələ nəticəsində dağıntılar qeydə alınmayıb. Xəsarət alanların da olmadığı bildirilib.
Zəlzələnin episentri Anamur rayonu yaxınlığında, yerin 37,8 kilometr dərinliyində olub.