Ukraynanın Nikolayev şəhərində şahmatçılar arasında Nikolay Şelestin xatirəsinə keçirilən turnir oyunçu və məşqçi arasında dava ilə nəticələnib.
Unikal.org report-a istinadən bildirir ki, lövhə arxasında ötənilki Ukrayna çempionu Anastasiya Rahmanqulova və Nikolayevin ən güclü şahmatçılarından sayılan Vladimir Sakun əyləşiblər.
Səhvə yol verən Rahmanqulova görüşü uduzma təhlükəsi ilə üzləşib. Bu zaman rəqibi əhəmiyyətsiz gedişlər edərək vaxtı uzatmağa başlayıb. Qadın şahmatçının məşqçisi Mixail Gerasimenyuk belə davranışı hörmətsizlik əlaməti sayıb və Sakuna hücum edib. Hakimlər Gerasimenyuku aralamaq üçün xeyli güc sərf etməli olublar. Yerli şahmatçı isə xəstəxanaya aparılıb. Orada ona qaşından və burnundan qan açılması diaqnozu qoyulub.
Sonradan Rahmanqulova məşqçisinin hərəkətinə görə üzr istəyib. Amma o, cəzadan qurtula bilməyəcək.
Qeyd edək ki, bu hadisə şahmat partiyası, üstəlik, nüfuzlu xatirə turnirində davanın baş verdiyi ilk hal kimi tarixə düşüb.