Böyük Britaniya Türkiyə, Livan, İordaniya, Misir, Tunis və Səudiyyə Ərəbistanından gələn təyyarələrdə ölkəyə mobil elektronika gətirilməsinə qadağa qoyub.
Unikal.org xəbər verir ki, bu barədə Krallıq baş nazirinin Dəftərxanasının rəsmi nümayəndəsi bəyanat yayıb.
"Sky News" telekanalının məlumatına görə, qadağa hansısa təhlükə ilə bağlıdır.
Dəftərxana rəsmisi qeyd edib ki, Britaniya məhdudiyyətin tətbiqi barədə analoji addımı atan ABŞ-la məşvərətdən sonra bu barədə qərar qəbul edib.