Ukraynanın paytaxtı Kiyevdə Rusiyanın eks millət vəkili öldürüldü.
Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, Kievdə otellərin birinin girişində vurularaq öldürülən millət vəkilinin, 45 yaşındakı Denis Voronenkov olduğu açıqlanıb. Hadisə nəticəsində Voronenkov mühafizəçisi və başqa iki adamın da yaralandığı bildirilir.
Qeyd edək ki, Voronenkov müğənni həyat yoldaşı Maria Maksakova ilə birlikdə Ukraynaya köçərək Rusiya vətəndaşlığından imtina etmişdi.
***
Ukrayna prezidenti Pyotr Poroşenko Dövlət Dumasının keçmiş deputatı Denis Voronenkovun qətlində Rusiyanı ittiham edib. Güc strukturlarının rəhbərləri ilə görüşündə o, hadisəni "Rusiya tərəfindən törədilən dövlət terrorizmi aktı adlandırıb və bildirib ki, Denis Voronenkov onu siyasi düşüncə ilə çoxdan tərk etməli idi.
"Rusiya xüsusi xidmət orqanlarının məlum dəst-xəttidir, hansı ki, əvvəllər müxtəlif Avropa şəhərlərində dəfələrlə rast gəlinib", - deyə TASS Poroşenkodan sitat gətirib.