"Moskva Rusiya Dövlət Dumasınn eks deputatı Denis Voronenkovun qətlinə görə şokdadır.
Unikal.org bildirir ki, APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi ənənəvi brifinqdə deyib.
"Deməyə əsas var ki, bu sifarişli aksiyadır. Ümid edirik ki, bu qətlin təhqiqatı siyasiləşdirilmədən və obyektiv məlumatlar əsasında aparılacaq", - deyə o vurğulayıb.
Rusiya XİN rəsmisi Ukrayna prezidenti Pyotr Poroşenkonun D. Voronenkovun qətli ilə bağlı bəyanatını da şərh edib: "Ukrayna prezidenti Pyotr Poroşenkonun Kiyevdə Dumanın eks-deputatı Denis Voronenkovun qətli ilə bağlı bəyanatından sonra Moskvanın şübhəsi yoxdur ki, Kiyev əlindən gələni edəcək ki, heç kim bu qətl barədə heç vaxt həqiqəti bilməsin".
Qeyd edək ki, P. Poroşenko D. Voronenkonun qətlini Rusiya tərəfindən edilmiş dövlət terror aktı adlandırıb.
Xatırladaq ki, D. Voronenkov Kiyevdə atışma zamanı öldürülüb.