Britaniya polisi Londonda terror aktı törətmiş şəxsin kimliyini açıqlayıb.

Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, bu, 52 yaşlı Xalid Məsuddur. O, Kent qraflığında doğulub.

Qeyd edək ki, Parlament binası yaxınlığındakı Vestminster körpüsü üzərində baş verən silahlı insident nəticəsində 5 nəfər ölüb, 40 nəfər yaralanıb.

İnsanlara atəş açmış X.Məsud polis tərəfindən öldürülüb.