BMT Təhlükəsizlik Şurası Londondakı terror aktının qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad etdi.

Unikal.org "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, Böyük Britaniya xarici işlər naziri Boris Conson deyib ki: "Mən BMT Təhlükəsizlik Şurasının üzvlərini dünənki hücum və bütün dünyada terror qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad etməyə çağırıram".

Qeyd edək ki, ötən gün Böyük Britaniyanın parlament binası yaxınlığında törədilmiş terror aktı nəticəsində ölənlərin sayı 5 nəfərə çatıb, 40 nəfər isə yaralanıb.