Londonda baş verən terror aktının məsuliyyətini İŞİD üzərinə götürüb.
Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, hadisə martın 23-də Britaniya parlamentinin yaxınlığında qeydə alınıb. Maşının piyadaların üstünə sürülməsi və polislərə hücum nəticəsində 4 nəfər həyatını itirib.
Terror aktının həyata keçirildiyi ərazi turistlərin ən çox ziyarət etdiyi yerdir.