İnsan öz ölümünü proqnozlaşdırmağın yolunu tapıb

İsveçin Stokholm universitetinin alimləri insanın öz ölümünü proqnozlaşdırmağın yolunu tapıblar.

Unikal.org-un "The Telegrapha istinadən verdiyi xəbərə görə, tədqiqatın müəlliflərinin fikrincə, insanın həyatdan getməsinin "xəbərçisi, onun iybilmə qabiliyyətinin itməsidir.

Mütəxəssislər 10 il ərzində 40-90 yaş arasında olan 1774 isveçli üzərində müşahidə aparıblar. Tədqiqatın əvvəlində vətəndaşlara 13 müxtəlif qoxunu müəyyən etmək üçün testdən keçməyi təklif ediblər.

Tədqiqatçılar belə qənaətə gəliblər ki, insanın ölüm ehtimalı onun qoxunu düzgün müəyyən etməsindən asılıdır. Orta hesabla bir səhv cavab ölüm riskini (tədqiqat müddətində) səkkiz faiz artması demək idi. Alimlərin fikrincə, qoxuları düzgün müəyyən etmək qabiliyyəti beynin sağlam fəaliyyətinin göstəricilərindən biridir. Ekspertlər hesab edirlər ki, bu qabiliyyətin pozulması birbaşa ölüm riskini artırır.