Aralıq dənizində, Liviya sahilləri yaxınlığında içində 250 miqrantın olduğu gəmi batıb.

Unikal.org-un məlumatına görə, "France Presse" agentliyi xəbər verir ki, miqrantların həlak olduğu ehtimal edilir.

Xəbərdə bildirilir ki, xilasedicilər Liviya sahillərindən 24 kilometr məsafədə batmış rezin qayıqları aşkar ediblər. Hələlik sudan 5 cəsəd çıxarılıb.

"ЕС Frontex" agentliyinin məlumatına görə, 2016-cı ildə İtaliyaya mərkəzi-Aralıq dənizi marşrutu ilə 180 mindən çox adam gəlib. Onlar əsasən Afrika vətəndaşları - nigeriyalılar, habelə Eritreya, Qvineya, Qambiya, Kot-d İvuar sakinləridir.

Ötən il həlak olan və xəsarət alan miqrantların sayı 5 mindən çoxdur