Kiyevin mərkəzində Rusiyanın sabiq deputatı Denis Voronenkovu qətlə yetirən şəxs aldığı güllə yaralarından xəstəxanada keçinib.

Unikal.org "RİA Novosti-yə istinadən xəbər verir ki, deputatın cangüdəni hücum zamanı yaralansa da, cavab atəşi ilə qatili sinəsindən və başından ağır yaralaya bilib. Həkimlərin səyinə baxmayaraq, onu xilas etmək mümkün olmayıb.

Hücum edəm şəxsin Ukrayna vətəndaşı olduğu müəyyənləşdirilib. 1988-ci il təvəllüdlü olan bu şəxsin barəsində saxta sahibkarlıq və cinayət yolu ilə əldə olunan gəlirlərin leqallaşdırılması maddələri üzrə axtarış elan edildiyi bildirilir.