Bu il iyulun 1-dən Rusiyada sürücüləri xarici ölkənin sürücülük vəsiqəsi ilə işə götürmək qadağan olunacaq.
Unikal.org-un məlumatına görə, yeni qayda "Yol hərəkəti qaydalarının təhlükəsizliyi haqqında Qanuna və "İnzibati qayda pozuntuları haqqında Məcəlləyə edilmiş dəyişiklik əsasında həyata keçiriləcək.
Yeni qaydalar avtomobilindən şəxsi məqsədlərlə istifadə edən əcnəbilərə şamil olunmayacaq. Rusiyada imtahan verib sürücülük vəsiqəsi almayan, xarici ölkənin sürücülük vəsiqəsindən istifadə edən sürücüləri işə götürənlər 50 min rubl məbləğində cərimələnəcəklər.
Rusiyada sürücülük fəaliyyətini davam etdirmək niyyətində olan əcnəbilər 2017-ci il iyulun 1-dək yol hərəkəti qaydalarından imtahan verib Rusiya Federasiyasının sürücülük vəsiqəsini almalıdırlar.