Bir insanın ortalama yaşam ömrü 80 il hesab olunur. Elə isə çinli əlbəyaxa döyüş ustası və uzun yaşam araşdırmaçısı olaraq tanınan Li Çinq-Yuenin 256 il yaşadığını bilirdinizmi?
Li Çinq Yuenin ömrü ilə bağlı bu bilgilər heç də əfsanə və ya xəyal məhsulu deyil. İnanılmazdır, amma gerçəkdir.
Çinli Li Çinq-Yuenin 256 yaşında öldüyü iddia edilir. Üstəlik bu iddia dünyanın ən məşhur jurnalı olan "Timedə əksini tapıb.
Bəs, 256 yaşı geridə qoyan Li Çinqi kim kəşf edib?
1930-cu il tarixdə "New York Timesda çıxan məqaləsində Chengdu Universitetinin professoru Vu Çunq-Çieh Li Çinqin 1827-ci ildə 150 yaşının olması münasibətilə Çin İmperatorluğunun arxivlərində sənədin olması haqda yazıb.
Li Çinq bitki sahəsində karyerasına 10 yaşında başlayıb. Dağlarda otlar toplayıb və ömrü uzatmanın xüsusiyyətlərini öyrənib. 40 yaşına qədər müxtəlif bitkilərlə qidalanıb.
1749-cu ildə 71 yaşında əlbəyaxa döyüş ustası olaraq Çin ordusunda təlimlərə başlayıb. Onun 23 dəfə evləndiyi, 200-dən çox uşaq atası olduğu bildirilir.
Deyilənlərə görə, Li Çinq uzun ömür yaşamağın sirrini bir zamanlar qarşılaşdığı 500 yaşlı bir nurani kişidən öyrənib.
Li Çinq Çinin Szechuan əyalətində 6 may 1933-cü ildə vəfat edir Ölüm döşəyində onun son sözləri "Bu dünyada etməli olduğum nə vardısa, hamısını etdim olub.
Li Çinq uzun ömür yaşamağın düsturunu bu şəkildə təqdim edirdi: "Təmiz bir qəlbin olsun, bir tısbağa kimi otur, bir göyərçin kimi həyat dolu uç və bir köpək kimi uyu-¦.sağlamheyat