Alkoqol həmişə əylənməyi sevən insanların həyatının ayrılmaz hissəsi olub. Bu içkiyə olan sonsuz məhəbbətin sirri ondadır ki, az miqdarda alkoqol sinir sisteminə təsir edərək əhvalı qaldırır, insanın kefini açır. Buna görə də problemlərin "həlli vasitəsi" kimi insanlar tez-tez spritli içkiyə əl atırlar.
Xüsusən də siyasi liderlərin, tarixi şəxsiyyətlərin içkiyə olan marağı təəccüblü deyil. Yaradıcı insanlar kimi onlar arasında da içki düşkünü olanlar var.
Unikal.org içki aludəçisi dahi şəxsiyyətlərin və siyasi liderlərin siyahısını təqdim edir.
Nifertiti
Misir çariçası və firon Exantonun xanımı öz qeyri-adi gözəlliyindən başqa, Nil vadisi boyu qeyri-adi məharəti, dəqiq desək, arpa pivəsi bişirmə texnikası ilə tanınır. Xalq inanırdı ki, pivənin hazırlanma texnologiyası Osiris tərəfindən göndərilib, çünki əfsanələrə əsasən əkinçiliyi və heyvandarlığı misirlilərə o, öyrədib.
Hipokrat
Antik təbabətin patriarxı hesab edirdi ki, bir çox xəstəlikləri şərabın köməyi ilə müalicə etmək olar. O, öz tez-tez xəstələrinə alkoqollu içkidən istifadə etməyi məsləhət görüb. İçkinin miqdarı və növü xəstəlikdən asılı olaraq dəyişirdi.
Makedoniyalı İsgəndər
Böyük sərkərdə və hökmdar Makedoniyalı İsgəndər spritli içkinin böyük həvəskarı idi. Bəşəriyyətin yarısını fəth edən bu hökmdar çox zərərli vərdişini heç cür tərkidə bilmirdi. Makedoniyalı İsgəndərin döyüşlərdə qalibiyyəti mütləq həftəlik təşkil olunmuş içki məclisləri ilə qeyd olunmalı idi. Lakin çarın içki ehtirası ondan yan keçmir. Belə ki, o, 33 yaşında hədsiz spirtli içkinin nəticəsində yaranmış mədə xorası xəstəliyindən dünyasını dəyişib.
Ömər Xəyyam
Fars-tacik şairi Ömər Xəyyam fəlsəfi rübailərində tez-tez içki mövzusuna müraciət edirdi. Onun sözlərinə görə, istənilən adam içki sayəsində həyat və sevinc, ilham və aydınlıq tapa bilər. Ömər Xəyyamın islam dövlətinin vətəndaşı olduğunu nəzərə alsaq, içkini onun bu şəkildə mədh eləməsi maraq doğurur.
I Pyotr
Böyük islahatçı çar nəinki özü, hətta təbəələrini də sərxoşluğa öyrədib. Boyarlar boyara gedərkən həyat yoldaşı və uşaqları ilə vidalaşdıqdan sonra vəsiyyətnamə yazır, qədim ikonalarla qarşısında ibadət edir və içki ziyafətlərinə gedirdilər. Spirtli içki qədəhindən imtina etmək olmazdı. Bunu Pyotr təhqir kimi qəbul edir və imtina edənləri sərt cəzalandırırdı. Bununla belə, o sərxoşluğu sevməyib. Sərxoşlara da ağır cəzalar tətbiq edilirdi. Məsələn, 1714-ci ildə sərxoşlar təxminən 7 kq ağırlığında çuqun asılır və onu bir həftə gəzdirməli olurdular.
Edqar Po
Məşhur amerikalı yazıçı-nasir Edqar Po da içki aludəçisi olub. Faciəli həyat şəraiti məşhur yazıçını sərxoşa çevirmişdi. 1849-ci ildə qırx yaşı tamam olanda o, sayıqlama səbəbindən dünyasını dəyişib, versiyalardan birinə görə, yazıçının ölümünə səbəb çoxlu alkoqollu içki qəbul etməsi olub.
Dmitriy İvanooviç Mendeleyev
Nə qədər qəribə səslənsə də, Mendeleyevin doktorluq dissertasiyasının mövzusu "Spirtin su ilə birləşməsi" mövzusu olub. Çoxillik tədqiqatlardan sonra alim sübut etdi ki, insan sağlamlığı üçün ideal su və spirt 40% -dir. Özü də belə nisbəti 54,12% su və 45,88% spirti yalnız laboratoriya şəraitində birləşdirmək nəticəsində əldə etmək mümkündür. Belə araq orqanizmə az zərər vurur. Yeri gəlmişkən, onu da qeyd edək ki, böyük kimyaçı alim srpitli içkilərə laqeyd olmayıb.
Ernest Heminquey
Nobel mükafatı laureatı və amerikalı nasir Ernest Heminquey də spirtli içki aludəçisi olması ilə məşhurdur. Yazıçı spritli içkilərə o qədər aludə olmuşdu ki, ona bütün barların ən qəddar müştərisi deyirdilər. Dərin depressiyaya düşən yazıçı 1961-ci ildə intihar edib.
Uinston Çörçill
Əfsanəvi siyasi xadim Uinston Çörçill də alkoqolizm mübtəlasına tutulmuşdu. Böyük Britaniyanın baş naziri həm də papiros həvəskarı kimi tanınır. Zərərli vərdişlərinə baxmayaraq, o, düz 90 il sağ-salamat yaşayıb.
Boris Yeltsin
Rusiyanın birinci prezidenti Boris Yeltsinin içkiyə qarşı zəifliyi dövlət görüşlərində və xarici liderlərlə apardığı danışıqlarda komik anlara səbəb olub. Onun bu xarakteri çoxlu tənqid edilsə də, Yeltsin heç vaxt əyyaş olmayıb, o sadəcə içməyi sevib. SSRİ dövründə Qorbaçovun apardığı antialkoqol kampaniyasını isə Yeltsin "heyrətamiz dərəcədə savadsız və mənasız" adlandırmışdı.publika.az