Ermənistan prezidenti Serj Sarkisyan Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsinə gəlib.

Unikal.org news.am-a istinadən xəbər verir ki, bu barədə məlumatı dövlət başçısının mətbuat xidməti yayıb.

S.Sarqsyanı Xocalı hava limanında Dağlıq Qarabağdakı separatçı rejimin rəhbəri Bako Saakyan qarşılayıb.