ABŞ-da sonu ölümlə nəticələnən silahlı insident baş verib. Hadisə Missuri ştatının Sent-Luis şəhərində yaşanıb.
Unikal.org xəbər verir ki, naməlum şəxslər küçədə toplaşmış bir qrup şəxsə yaxınlaşaraq onlara atəş açıb. 1 nəfər ölüb, 6 nəfər yaralanıb.
Dünyasını dəyişən şəxsin 15 yaşında olduğu açıqlanıb. Yaralılardan birinin vəziyyəti ağırdır. Onun 8 yaşı var. Cinayətkarlar atəş açdıqdan sonra qaçıblar.