Amerikalı cərrahlar 11 ay əvvəl avtoqəzada qopmuş qolu əməliyyat edərək yenidən bərpa ediblər.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, Texasda yaşayan Kelsi Vord ötən ilin aprelində baş verən yol-nəqliyyat hadisəsi nəticəsində qolunu itirib.

Həkimlər dirsəkdən yuxarı qopmuş qolu bərpa etmək üçün 11 ay vaxt sərf ediblər. Qolu yerinə tikmək üçün həkimlər pasiyentin ayağından dəri götürüblər. Həmçinin sınmış, bərbad hala düşmüş sümüklər üzərində çalışıblar. Həmçinin, digər unikal prosedurlar həyata keçiriblər.

Keysinin qolu yerinə tikilsə də, qol yalnız 80% funksinallıq yerinə yetirə bilir.