İsveçrənin Ankaradakı səfirinin müavini Türkiyə XİN-ə çağırılıb.
Unikal.org-un "Anadoluya istinadən verdiyi xəbərə görə, diplomatın çağırılmasına səbəb PKK-nın İsveçrənin paytaxtı Berndə mitinq keçirməsi olub.
Məlumata görə, PKK-nın aksiyasında Türkiyə prezidentinin ünvanına təhdidlər səsləndirilib.
İsveçrənin səfiri Valter Xafner Ankarada olmadığından etiraz onun müavininə bildirilib.