Türkiyə Avropa İttifaqına üzvlüyü ilə əlaqədar danışıqların davam etdirilməsinin məqsədəuyğun olub-olmamasına dair referendum keçirə bilər.
Unikal.org-un NTV telekanalına istinadən verdiyi xəbərə görə, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Antalyada çıxışı zamanı bildirib.
"16 aprel referendumundan sonra biz Aİ-yə üzvlüklə əlaqədar danışıqların davam etdirilməsinin məqsədəuyğunluğuna dair referenduma adlaya bilərik, - deyə Ərdoğan bildirib.
Son zamanlar Türkiyə-Aİ münasibətlərində gərginlik müşahidə edilir.