16 yaşlı qız uşağına cinsi məzmunlu mesaj yazan şəxs polis tərəfindən saxlanılıb.
Unikal.org xəbər verir ki, hadisə Türkiyənin Adıyaman bölgəsində yaşanıb.
25 yaşlı Ö.Y adlı şəxs G.D adlı məktəbliyə sosial şəbəkədən və mobil telefonundan cinsi məzmunlu mesaj yazıb, qızı qaçırmağı iddia edib.
Qızın və müəlliminin şikayətindən sonra həmin şəxs polis tərəfindən saxlanılıb.
Onun ifadəsi alınandan sonra şikayətə daha yüksək mərhələdə baxılacaq.