Referendum öncəsi Samsundakı toplantıda çıxış edən Türkiyənin Gənclər və İdman naziri Akif Çağatay Kılıç "Galatasaray" klubuna müraciət edib.

Unikal.org-un məlumatına görə, nazir klubun Hakan Şükür və Arif Erdemin "Galatasaray"dan uzaqlaşdırılmaması ilə bağlı qərarına münasibət bildirib. O, qeyd edib ki, klub bu qərarı təcili olaraq düzəltməlidir: "Çünki ölkəmizə, millətimizə xəyanət edənlərin ölkənin köklü klublarında işi yoxdur. "Galatasaray"ın ümumi heyyətində bir neçə üzv Hakan Şükürün və Arif Erdemin klubdan xaric olunmasının əleyhinə səs vermələrini nə "Galatasaray" camiəsinə, nə Türkiyəyə, nə 15 iyul gecəsi şəhid olan qardaşlarımızın ailələrinə və qazilərimizə izah edə bilməzlər".