ABŞ-ın nəhəng şirkətləri ekstremist videolarla əlaqədar "YouTube saytında reklamlarını yerləşdirməkdən imtina edirlər.
"Pepsi, "Walmart və "Starbucks şirkətləri də bu kampaniyaya qoşulublar.
"Pepsi şirkətinin yaydığı bəyanatda bildirilib ki, şirkətin "YouTube-dəki bəzi reklamlarının nifrət və zorakılıq təbliğ edən videolarla birlikdə nümayişi narahatlıq və təəssüf doğurub. "Walmart bu halın şirkətin imicinə uyğun olmadığını vurğulayıb. "Starbucks də müvəqqəti olaraq "YouTube-də reklamlarını dayandırdığını açıqlayıb.
Qeyd edək ki, bir neçə şirkətin "YouTube-də reklamları ekstremist videoroliklərlə birgə yayımlanıb. Bundan sonra bir neçə böyük şirkət "YouTube-nin məxsus olduğu "Google şirkəti ilə əməkdaşlığını dayandırdığını açıqlayıb. Bunların sırasında ABŞ-ın nəhəng telekommunikasiya şirkəti "Verizon i AT&T, kosmetika və tibb avadanlıqları istehsalçısı "Johnson & Johnson, Böyük Britaniyanın "Royal Bank of Scotland, HSBC və "Lloyds bankları var.
"Google-™ şirkəti isə reklamların yerləşdirilməsinə nəzarəti sərtləşdirəcəklərini, bir daha belə hala yol verilməməsinə çalışacaqlarını bəyan edib.