Venesuelada kəskin dərman çatışmazlığı yaranıb.

Unikal.org axar.az-a istinadən bildirir ki, ölkə prezidenti Nikolas Maduro ölkəni gərgin vəziyyətdən xilas etməsi üçün BMT-yə müraciət edib. Martın 24-də televiziya ilə çıxış edən Maduro bildirib ki, problemin həll edilməsi üçün kuratorunu BMT-yə göndərib.

"BMT dərman sənayesinin necə inkişaf etdirməyi hər kəsdən yaxşı bilir", - Maduro deyib.

Məlumata görə, Venesuela xəstəxanalarında xərçəng xəstəliyindən əziyyət çəkən xəstələr dərman çatışmazlığından ölür. Venesuela Həkimlər İttifaqından bildirilib ki, ölkə xəstəxanalarında cəmi 3 faiz dərman ehtiyatı qalıb.