Rusiyanın şərqində korrupsiyaya qarşı müxalifətin böyük mitinqləri başlayıb.
Novosibirskdə keçirilən icazəli mitinqdə iştirak edənlərin sayı 2000 nəfəri keçib. Etirazçıların qarşısında qeydiyyatdan keçməmiş İnkişaf Partiyasının rəsmi nümayəndəsi Andrey Qladçenko və blogger Aleksey Navalnı çıxış edib.
Vladivostokda isə keçirilən aksiya icazəsiz olduğuna görə 20 nəfər həbs edilib. Onlar üç saat sonra azadlığa buraxılıblar.
Çitada aksiya İnqilab meydanında baş tutub. Aksiya iştirakçılarına qarşı kazaklar meydana gəliblər. Onlar Aleksey Navalnının əleyhinə plakatlar qaldırıblar.
Aksiyalar həmçinin İrkutsk, Tomsk, Krasnoyarsk, Xabarovsk, Çelyabinsk, Yekatirinburq şəhərlərində də baş tutub.
***
Rusiyada korrupsiyaya qarşı keçirilən mitinqlərdə rus blogger Aleksey Navalnı da həbs edilib. Navalnı Tver vilayətində tutulub. Mitinqlər Moskva şəhərində də baş tutub. Etirazlar zamanı onlarla şəxs polis tərəfindən saxlanılıb.