Rusiyanın Sankt-Peterburq şəhərində keçirilən etiraz aksiyası samanı 131 nəfər saxlanılıb.
Unikal.org xəbər verir ki, icra hakimiyyəti ilə razılaşdırılmamış mitinq keçirməyə cəhd edən 131 nəfər saxlanılıb və polis idarəsinə aparılıb.
Məlumata görə, aksiyada 3 minədək insan iştirak edib.
Qeyd edək ki, bu gün Moskvada müxalif "Tərəqqi" partiyasının üzvləri icazəsiz etiraz aksiyası keçirməyə cəhd ediblər. Nəticədə 500 etirazçı saxlanılıb, 1 polis əməkdaşının yaralandığı bildirilir.