Hindistanın Manipur ştatında avtobusun çaya düşməsi nəticəsində azı 10 nəfər ölüb, 25 nəfər yaralanıb.
Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, hadisə gecə saat 3 radələrində baş verib. İmphal-Dimapur şossesi ilə hərəkət edən avtobus idarəetməni itirərək çaya düşüb.
Qəzanın səbəbləri hələ ki məlum deyil. Yaralılar yaxınlıqdakı xəstəxanaya yerləşdiriliblər. Yaralıların vəziyyətləri ağır olduğundan sayının artacağı gözlənilir.